Correct Technology

SMM nədir?

smm xidmetiSosyal Medya Marketinq sosyal şəbəkələr vasitəsi ilə məhsullarınızın, markanızın xidmətlərinizin insanlara tanıtımın edilməsidir. İnsanların hər hansı bir müəssisə haqqında məlumat almaq isdədikdə etdikləri axtarışlar arasında sosyal şəbəkə səhifələrini böyük önəmi vardır. Sizin biznesinizin sosyal şəbəkə hesabına daxil olan insanların sizin haqqınızda ətarflı məlumat alması üçün, təqdim etdiyiniz məhsullar, xidmətlər haqqında  ətraflı məlumat almaları üçün sosyal şəbəkə səhifələrinizin bəzi standartlara uyğun olması gərəkdir. Xüsusi ilə səhifələrinizdə paylaşılan şəkillərin, videoların yüksək keyfiyyətli olması, paylaşılan postaların istifadəçi üçün aktual və cəlbedici  olması sizin markanızın inkişafına önəmli dərəcədə təsir edir.

SMM əsas instrumentləri:


Google 10 əsas təbii axtarış amillərindən yeddisi sosial media əsaslıdır. Bu isə o deməkdir ki, əgər brend sosial mediyada yoxdursa yaxud aktiv deyilsə Google axtarış nəticələrində o az görsənəcək. Bir çox kompaniyalar Facebook, Twitter, YouTube və Instagramdan daha çox istifadə edir. Bu onlara daha böyük audiensiyaya çıxış imkanı verir, və çox az resurs hesabına.

Sosial medianın inkişafı, SMM aktiv istifadəsi və artan rolu, SMO yaranmasına səbəb oldu. SMO, ingilis dilindən Sosial Media Optimization, yəni Sosial mediya optimizasiyası kimi tərcümə olunur. SMO sosial mediyadan sayta təbii trafikin cəlb edilməsi üçün istifadə olunan mexanizimlərin cəmidir. SMO və SEO demək olarki eyni mexanizmdir, yeganə fərq onların istifadə edildiyi sahələrdir. SEO axtarış sisteminə yönəldilmiş proses olduğu halda, SMO ancaq sosial mediyanı, onun istifadəçilərini əhatə edir.