Correct Technology

SEO nədir ?

seo xidmeti“Search Engine Optimization” Azərbaycan dilində “ Axtarış Mühərriki Optimaziyası” kimi tərcümə olunur. SEO - nun əsas məqsədi veb saytınızı reklamsız şəkildə axtarış sistemlərində ilk sıralarda yer almasını sağlamaqdır. Hazırda ölkəmizdə ən çox google axtarış sistemindən istifadə olunur. Bu axtarış sistemindən başqa dünyaca məhşur bir çox axtarış sistemi vardır. Nümunə olaraq Yandex, Bing, Yahoo və başqalarını nümunə göstərmək olar. Axtarış sistemlərinin  əsas məqsədi veb saytları açar sözlərə görə kateqoryalandırmaqdan ibarətdir. İstifadəçinin axtarış qutusuna yazdığı açar sözə görə istifadəçi üçün ən yararlı məlumatları çıxarır. Xidmətinin keyfiyyətindən şirkətin statusundan asılı olmadan axtarış alqoritimləri açar sözlərə görə veb saytları sıralayır. Əgər sizdə veb saytınızın müəyyən etdiyiniz açar sözlərə ilk sıralarda yer almasını isdəyirsinizsə tez bir vaxt seo xidmətindən istifadə etməyiniz tövsüyə olunur.


SEO nə üçün önəmlidir ?

Google və digər axtarış sistemlərində hər gün milyardlarla  insan axtarış edir. Bu axtarışların nəticəsində əgər sizin sayt traffik qazana bilmirsə sizin peşəkar səviyyədə seo xidmətinə ehtiyacınız olduğuna işarədir. Hər gün milyardlarla axtarış edilən axtarış sistemlərində çox az sayda adam ödənişli reklamlara klik edir. səbəb budurki təbii seo nəticəsində yaranan nəticələr sizin üçün lazım olan məlumatları gətirir. reklamlarda isə nəticələrin göstərilməsi təbii nəticələrdən fərqlidir.


 SEO xidməti necə aparılır?

Əvvəlcə bildirək ki SEO işləri qısa müddətdə nəticə əldə etmək mümkün olan xidmət sahəsi deyildir. Xidmət sahəsindən və rəqib biznesslərlə rəqabətdən asılı olaraq mükəmməl nəticənin əldə edilmə vaxdı dəyişir. Aşağıda başlanğıc üçün seo xidməti üçün görülməli olan işlərin siyahısı yazılmışdır.