Correct Technology

Veb sayt nədir ?

Veb saytlar günümüzdə şirkətlərin, kiçik bizneslərin, müxtəlif markaların xidmətlərini, məhsullarını sərgilədiyi internet səhifəsidir. Günümüzdə veb saytların sayı günü gündən artmaqdadır. veb saytların məqsədlərindən asılı olaraq çox növləri vardır. məsələn: tanıtım tipli saytlar, sosyal şəbəkə saytları, axtarış sistemləri saytları, alış-veriş saytları. Bəs müəssisənin tanıtımı üçün veb saytın olması kifayət edirmi ?. Əvvəlcə qeyd edəki əgər veb sayt vasitəsi ile biznesiniz üçün müşdəri cəlb etmək isdəyirsinizsə sizə təkcə veb saytın olması kifayət etməyəcəkdir. Çünki insanların böyük bir faizi hər hansı məhsul və ya xidmət haqqında məlumat almaq isdədikdə Google və ya digər axtarış sistemlərindən istifadə edirlər. Veb saytınızın açar sözlərə görə axtarışlarda öndə çıxmasını isdəyirsinizsə sizin veb saytın SEO xidmətinə ehtiyacı vardır. Axtarış sistemlərində veb saytın öndə olması üçün axtarış sistemlərinin müəyyən tələbləri vardır ki , veb saytınız bu tələblər cavab verməlidir.


Veb saytın axtarış sistemlərinə uyğunluğu.

Veb saytın axtarış sistemlərinə uyğun olması üçün bir neçə tələbə cavab verməlidir. Bunlardan bəzilərinə nəzər salaq.

Saytın page speed dəyəri.

Page speed dəyəri veb saytın yüklənmə sürətidir. Bu sürəti ölçmək üçün müxtəlif alətlər vardır. Bunlardan ən çox istifadə olunanı Google Page Speedir. Bu alət vasitəsi ilə siz veb saytın mobil və desktop sürətini ölçə bilərsiniz və saytda yüklənmə sürətinə əngəl olan problemləri görə bilərsiniz.

 SEO Agency Page speed dəyəri

HTML Strukturu.

Düzgün və compress olunmuş html strukturu axtarış sistemləri üçün çox böyük önəm daşıyır. Bundan əlavə html yazılış strukturu W3C struktururna uyğun olması məsləhət olunur.

Saytda şəkillərin istifadə qaydası.

Veb saytda istifadə olunan şəkillərin veb saytın sürətli çalışması cəhətdən çox böyük önəm daşıyır. Saytda istifadə şəkillərin quality faizini azaltmaqla sayt sürətində artış edə bilərsiniz. Bundan əlavə olaraq Google axtarış sistemi şəkillərin webp və ya svg olmasının saytın yüklənmə sürətinə önəmli təsir edəcəyini bildirir.

Javascript və CSS yüklənməsi.

Axtarış sistemlərinə uyğun bir veb sayt hazırlamaq üçün saytın javascript və css faylları minifier olması önəmlidir. Minifier css və javascript faylında olan gərəksiz boşluqları və sətir atlama porblemlərini aradan qaldırır və faylın həcmini azaldır.