Correct Technology

Veb sayta digər saytlar tərəfindən verilən bağlantılar Google tərəfindən necə qarşılanılır.

Google axtarış nəticələrində sıralamaya təsir edən amillərdən biridə başqa saytlardan veb saytınıza verilən linklərdir. Veb saytda digər saytlar tərəfindən verilən bağlantılar zərərli və zərərsiz ola bilər. Bu zərərin qiyməti veb saytınızın axtarış nəticələrində sıralanmasına görə dəyişir. Zərərli linklər spam backlink olaraq adlandırılır. Rəqabətdə olan şirkətlərin rəqib şirkətin veb saytınının sıralamada geridə olması üçün ən çox istifadə etdiyi üsüllardan biridə spam backlinkdir. Spam backlinki necə təyin etmək və aradan qaldırmaq olar?. Bu yaranmış problemi aradan qaldırmaq üçün Googlenin öz məhsulu olan Google Search Console-dən istifadə edə bilərsiniz. Bu alət vasitəsi ilə veb saytınıza hansı saytlar bağlantı verdiyini tapa bilərsiniz.

Google Search Console vasitəsi ilə spam backlinkləri tapılması.


Gogole Search Console backlinkİlkin olaraq Google Search Console-ə giriş etmək lazımdır. Bunun üçün sizə gmail hesabı lazımdır. Google Search Console-ə əlavə olunmuş veb sayt əlavə olunduğundan bir müddət sonra veb sayta bağlantı verən saytları bağlantılar zəhifəsində listələyir. Bu səhifədə verilən saytlara keçid edib öz saytınıza verilən bağlantını və yazılan məlumatı analiz edərək linkin faydalı və yaxud zərərli olmasını tapa bilərsiniz.

Backlink Analizi.

Backlink analizi etmək üçün müxtəlif alətlər vardır. Backlink sayı çox olduqda bu alətlərdən istifadə etməyiniz məsləhət olunur. Backlink analizi etmək üçün sizin veb sayta bağlantı verən digər saytda backlinkin yerləşdiyi səhifədəki mövzunun sizin saytdakı mövzu ilə əlaqəli olmağına fikir vermək lazımdır. bundan əlavə olaraq backlink verən saytin texniki xüsusiyətləridə böyük önəm daşıyır. Buna misal olaraq saytda yerləşən reklamlar, saytın yüklənmə sürəti böyük önəmi vardır.

Sizin sayta  bağlantı verən zərərli backlinkləri necə təmizləmək olar.

Zərərli bağlantıları təmizləmək üçün sizin sayta bağlantı verən saytları idarə edən şəxslərlə əlaqə saxlayıb linkinizi sildirə bilərsiniz. Əgər saytınıza backlink verən saytları idarə edən şəxslərlə əlaqə saxlaya bilməsəniz Googlenin öz məhsulu olan Google Disavow alətindən istifadə edə bilərsiniz. Bu alətin istifadə qaydası çox asandır. Backlink almaq istəmədiyiniz linkləri və ya domainləri bir fayla toplayaraq Google Disavow alətinə yükləməyiniz kifayət edir.